Manatın ikinci devalvasiyası ərəfəsində, cəmiyyətdə Azərbaycanın ən iri banklarından biri olan “Bank Standard”ın əmanətləri geri qaytarmaqda çətinlik çəkdiyi barədə məlumatlar dolaşır. Məlumata görə, Bank əmanətçilərin pullarını hissə-hissə geri ödəyir və bu da bir çox məştəri tərəfindən birmənalı qarşılanmır.
“Bank Standard”dan bildirilib ki, yayılan şaiyələr həqiqəti əks etdirmir və əsassızdır. 20 ildir ki, bank xidmətləri bazarında aparıcı mövqelərdən birini tutan Bank Standard, əmanət portfelinə görə liderlər sırasındadır:
"Qeyd edək ki, Bank və müştəri arasında bağlanan əmanət müqaviləsində qeyd olunur ki: “Bank” əmanətin geri tələb edilməsi ilə bağlı “Əmanətçi”nin ərizəsi daxil olandan sonra əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 (beş) bank günü müddətində ödəyir.
Bu qayda yeni deyil və illər boyu bankımızda mövcuddur. Həmçinin, onu da qeyd edək ki, əgər məbləğ kiçikdirsə, əmanətçi müraciət etdiyi gün vəsaitlər dərhal qaytarılır. Lakin məbləğ nisbətən yüksək olduğu halda, belə bir yanaşma və qayda sırf bank müştərilərin mövqeyini qorumaq və daxil olan tələblərin tamamını qarşılamaq üçün tətbiq olunur”.
Qeyd edək, “Bank Standard” aktivlərinin həcminə və depozit portfelinə görə, Azərbaycanın ən iri banklarından biridir.
Mənbə: Marja.az