30 Oktyabr

Bakıda dollar ucuzlaşıb

Yeni il bayramı günlərində Bakıda ABŞ dollarının kəskin bahalaşacağı gözlənilsə də, bu, baş verməyib. Fins.az-ın məlumatına görə, əksinə valyuta-dəyişmə məntəqələrində dolların satış qiyməti 4 qəpik aşağı düşərək, 1,68 manat təşkil edib. Alış qiymətində isə dəyişiklik olmayıb - "exchange"lər Amerika valyutasını 1,6 manatdan almaqda davam ediblər. Valyuta bazarının iştirakçıları ucuzlaşmanı dollara tələbatın azalması, eləcə də süni qiymət artımının qarşısını almaq üçün "exchange"lərdə keçirilən yoxlamalarla izah edib.

Mənbə: müsavat.com