30 Oktyabr

Bu bankın «dollar» güzəşti cəmi 1 həftə çəkdi

“Turanbank”ın dollar krediti olan müştərilərinə qarşı tətbiq etdiyi güzəştli ödəniş kampaniyası cəmi bir həftə davam edib. Bankdan fins.az-a bildirilib ki, artıq kampaniya başa çatıb.

Xatırladaq ki, Azərbaycanda manatın təkrar devalvasiyasından (dolların manata nəərən məzənnəsi 1,05 manatdan 1,55 manata qalxdıqdan) sonra bank öz müştərilərinə bildirmişdi ki, dollar kreditlərini 1,3 manat məzənnəsi ilə ödəyə bilərlər. Amma söhbət yalnız kreditin tam bağlanmasından gedirdi.

Bu gün isə bankdan bildirilib ki, artıq tam ödəniş üçün 1,3 manat məzənnəsi qüvvədə deyil: “Əgər kredit dekabrın 31-nə qədər bağlansaydı 1,3-la ödəmək olardı” – deyə bankdan bildirilib. Bankdan bilidirilib ki, hazırda dollar kreditlərinə görə ödəniş Mərkəzi Bankın gündəlik rəsmi məzənnələrinə əsasən hesablanır. Məsələn, bu gün - yanvarın 5-də AMB-nin rəsmi məzənnələrinə görə, dolların məzənnəsi 1,5610 manatdır. Deməli, bu gün dollar krediti ödəyən müştərilər dolları 1,5610 manatdan alacaqlar.