30 Oktyabr

«Zıraat Bank Azərbaycan» faizləri azaltdı

Türkiyənin «Zıraat Bankası»nın törəməsi «Zıraat Bank Azərbaycan» xarici valyutada qəbul etdiyi əmanətlər üzrə faiz dərəcələrini azaldıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda 1 il müddətinə dollarla yerləşdilmiş əmanətlərə görə 2%, avro əmanətlərinə görə isə 1,5% dividend ödənilir. Halbuki, bir neçə ay bundan əvvəl dollar əmanətləri sahiblərinə minimum 4%, avro əmanətləri isə 2% gəlir gətirirdi. Bankda faizlərin azaldılmasını dollar və avroya ehtiyac duymamaları ilə izah edirlər.

Manat və lirəyə görə faizlər dəyişməyib

Azərbaycan manatı və türk lirəsi ilə qəbul edilən əmanətlərin faiz dərəcələrində isə dəyişiklik yoxdur. Milli valyutada əmanətlərə 12%, lirə əmanətlərinə isə 7% dividend vəd olunur.

Minimum tələb 10 mindir

Bununla belə, “Zıraat Bank Azərbaycan”da istənilən məbləğdə əmanəti qəbul etmirlər. Bankda bildirirlər ki, əmanət valyutasından asılı olmayaraq azı 10 min nominalda olmalıdır.