30 Oktyabr

“Lazım olsa başqa bir bankı ala bilərik” – BANK RƏSMİSİ

Azərbaycanda manatın təkrar devalvasiya nəticəsində yaranmış yeni iqtisadi şəraitə kiçik banklar dözə bilməzlər və onların bağlanmasındansa, başqa bankla birləşməsi daha məqbuldur. Bunu fins.az-a açıqlamasında “Zaminbank”ın İdarə Heyətinin sədr müavini Orxan Quliyev deyib. Onun sözlərinə görə, təmsil etdiyi bankın konsolidasiyaya ehtiyacı olmasa da, hər hansı bankın “Zaminbank”a birləşməsinə müsbət baxıla bilər: “Hazırda “üzən məzənnə” rejimində belə, bizim xarici borclanmamız aşağı səviyyədədir və ciddi problen yaşamırıq. Bununla belə, hansısa bankı almaqla bağlı təklif olsa bunlara baxıla bilər. Korporativ standartlara uyğun qurulmuş, idarəetməsi asan olan, maliyyə göstəriciləri bir o qədər də pis olmayan bank bizə birləşə bilər”.