Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı rayon ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan iki nəfər saxlanılıb.
Fins.az xəbər verir ki, reyd zamanı Lənkəran rayon sakinləri Vüqar Rzayev və Hadı İbrahimovun üzərində xeyli miqdarda ABŞ dolları və Rusiya rublu aşkarlanıb.
Hər iki şəxs Lənkəran Rayon Polis Şöbəsinə gətirilib və onların barəsində protokol tərtib olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.