30 Oktyabr

Azərbaycanın aparıcı bankı dollar əməliyyatlarını dayandırdı

Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik olan bankı - “Kapital Bank” bütün dollar əməliyyatlarını dayandırıb. Fins.az xəbər verir ki, müştərilər gün ərzində dollarla olan pul baratlarını ala bilməyib. Bankda dollar alqı-satqısı aparılmayıb, bankda dollar hesabı olan müştərilərin plastik kartlarından istifadəsi məhdudlaşdırılıb.

Dollar əməliyyatlarının dayandırıldığını “Kapital Bank”ın özü də təsdiqləyib. Bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilər üzləşdikləri problemlə bağlı izahat istəyiblər. “Kapital Bank” nümayəndəsi isə onlara belə cavab verib ki, bankda dollar əməliyyatları dayandırılıb. Lakin bunun səbəbi açıqlanmayıb. “Sadəcə deyə bilərik ki satış dayandırılıb”, - bank nümayəndəsi yazıb.

Mənbə: müsavat.com