Bakıda banka saxta pul verən şəxs tutulub. Fins.az-ın APA-ya istinadən məlumatına görə, “AtaBank”ın Həsən Əliyev küçəsində yerləşən filialının xəzinədarı Anar Hüseynov polisə müraciət edərək 1988-ci il təvəllüdlü Rəşid Sadıqovun ona saxta 100 ABŞ dolları təqdim etdiyini bildirib. R. Sadıqov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.