Bakıda dolların alış və satış qiymətləri bir qədər də artıb. Fins.az-ın məlumatına görə, hazırda Amerika valyutası 1,74 manatdan alınır, 1,78-1,79 manatdan satılır. Avro da bahalaşıb. Avropanın vahid valyutası 1,75-1,83 manatdan alınır, 1,9-1,95 manatdan satılır. “Exchange”lərdə bahalaşmaya səbəb kimi dollar-avro qıtlığını və valyutaya tələbatın gözlənilmədən artdığını göstərirlər.