30 Oktyabr

Beynəlxalq Bankdan “məzənnə” güzəşti

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) manatın təkrar devalvasiyasından sonra ödəniş kartları ilə xarici valyutada apardıqları əməliyyatlara görə vəsait itkisinə məruz qalmış müştərilərinə güzəşt edib. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, 21 dekabr 2015-ci il tarixinə qədər AB B-nin ödəniş kartları ilə və Banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb və valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənilib.