30 Oktyabr

Bir ayda mənfəətini 20% artırıb – BANK HESABATI

Bank Avrasiya 2016-cı ilin may ayı üzrə 4 mln. 243,1 min. manat mənfəət əldə edib. Bu isə apre ayı ilə müqayisədə, 19,51% və ya 827,90 min. manat çoxdur. Fins.az bu barədə bankın yaydığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın cəmi aktivləri 1,16% və ya 1 441,20 artaraq, 124 mln. 98,9 min. manat təşkil edib. Bankın kredit portfeli isə bir ayda 0,44% və ya 386,10 min. manat azalıb. May ayında bankın kredit portfeli 86 912 min. manat təşkil edib.

Bankın cəmi öhdəlikləri isə 0,94%, başqa sözlə 643,80 min. manat azalaraq, 68 mln. 709,70 min manata bərabər olub. Bankın depozit portfeli 28 mln. 371,50 min manat təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 0,81% və ya 230,60 min. manat azdır.

Bankın cəmi kapitalı hesabat dövründə 1,44% başqa sözlə 797,40 min. manat artaraq, 55 mln. 389,20 min. manat təşkil edib.

Bank faiz əməliyyatlarından 3 mln. 883,60 min manat xalis mənfəət əldə edib. Bu

isə əvvəlki ayla müqayisədə 20,46% və ya 794,70 min. manat çoxdur. Bankın qeyri-faiz gəlirləri də 21,39% və ya 124,90 min. manat artaraq 583,9 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti isə bir ayda 21,53% və ya 673,00 artaraq, 3 mln. 125,70 min manat təşkil edib.