30 phrase_var_core.october

Məcburi köçkünlərə kredit ayrıldı - SAZİŞ

Dünya Bankı (DB) və Azərbaycan hökuməti "Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması" (IDP, Living Standards and Livelihoods) layihəsi üzrə 66,7 milyon dollar həcmində əlavə maliyyələşdirmə haqqında saziş imzalayıblar.

Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bu barədə bankın yerli ofisindən bildiriblər.

Dünya Bankının Direktorlar Şurası layihə üçün əlavə maliyyəni iyunun 17-də təsdiqləyib. Azərbaycan hökumətinin layihədə iştirak payı 11,83 milyon dollardır (vergi ödənişlərinin qarşılanması üçün).

Bankın yerli nümayəndəliyindən əlavə maliyyələşdirmə çərçivəsində vəsaitin ayrılması müddətini dəqiqləşdirməyiblər.