30 phrase_var_core.october

Azərbaycanda bankomatlar yenidən artmağa başlayıb

Azərbaycandakı bankomatların sayı may ayında 20 ədəd artaraq, 2573 ədəd təşkil edib. Bu barədə fins.az Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir.

Ümumiyyətlə respublikada fəaliyyət göstərən bankomatların sayı 2015-ci ilin noyabr ayından başlayaraq azalmaqda davam edir. Həmin dövr üçün bankomatların sayı 2695 ədəd təşkil edib.

Bakıdakı bankomatların sayı bir ay ərzində 9 ədad artaraq, 1421-ə, regionlardakı bankomatların sayı isə 11 ədəd artaraq, 1152-yə çatıb.

POS terminalların sayı isə əksinə azalıb. POS terminalların sayı may ayında 15 ədəd azalaraq, 73 945-ə bərabər olub. Qeyd edək ki, POS terminalların sayı da 2015-ci ilin yanvar ayından etibarən azalır. Həmin dövr üçün bu göstərici 78 452 ədəd təşkil edib.

Cəmi POS terminalların 42 708-ü Bakının, 31 237-si isə regionların payına düşür. Bakıdakı POS terminalalrın sayı may ayında 54 ədəd azalaraq, 42708-ə, regiondakı POS terminalalrın sayı isə 39 ədəd artaraq, 31 237-ə bərabər olub.