Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bir sıra əməkdaşları öz vəzifələrinə təsdiqləniblər. Palatadan fins.az-a verilən məlumata görə, MBNP-nın Direktorlar Şurasının bu gün keçirilən iclasında, Şuranın qərarına əsasən Asim Zülfüqarov Baş icraçı direktorun müavini-Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar. Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.