İlin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra bilər. Fins.az xəbər verir ki, bunu Filadelfiyanın Federal Ehtiyat Bankının (Federal Ehtiyatlar Sisteminin (FED) tabeliyində fəaliyyət göstərir) prezidenti Patrik Harker deyib:"Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq".
Britaniyada keçirilən referendumun birjalarda qeyri-müəyyənlik yaratdığını etiraf edən P. Harker qeyd edib ki, ABŞ üçün "Brexit"in təsiri o qədər də ciddi deyil. Onu da qeyd edək ki, P. Harker FED-in pul-kredit siyasəti ilə bağlı səsverməsində iştirak etmək hüququna malik deyil.