Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 100 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 37 mln. manat təşkil edib. Fins.az Mərkəzi Banka xəbər verir ki, Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 37 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,98 % təşkil edib.