30 Oktyabr

Daha bir bank zərər açıqladı

"Bank Silk Way" ASC cari ilin birin yarısında 429,06 min manat zərər edib. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 2 021,47 min manat təşkil edib.

Bankın hesabatına görə, cari ilin birinci yarısında bankın faiz gəlirləri 11 325,3 min manat, qeyri-faiz gəlirləri 5 320,3 min manat, faiz xərcləri 6 034,8 min manat, 3 916 min manat olub.

Bankın aktivləri illik 24% artaraq cari il iyulun 1-nə 364 400 min manata yüksəlib. Kredit portfeli 44,7% artaraq 346 257 min manata çatıb. Bu müddətdə depozit portfeli 45,6% artaraq 148 207 min. manat təşkil edib. Hesabata əsasən depozitlərin 132 802 min. manatı xarici valyutada yerləşdirilib.

Cari il iyulun 1-nə əsasən bankın məcmu kapitalı 106 530 min manat təşkil edib.

Report