İflas prosesində olan “Royal Bank” ASC-nin ləğvedicisi “tələbləri qeydə alınmış kreditorların nəzərinə” məlumat yayıb.
Fins.az-ın "Marja"-ya istinadən məlumata istinadən xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələbinə uyğun olaraq “Royal Bank” ASC-nin təminatsız kreditorlarının tələblərinin 2016-cı il iyulun 19-dan başlayaraq növbəti dəfə proporsional ödənilməsi həyata keçiriləcəkdir.
Ödənişlərin həyata keçirilməsi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 86 nömrəli ünvanda aparılacaqdır. Əlavə məlumat almaq üçün +994 12 434- 73- 56, 077 277- 66- 69 nömrəli telefonlarla əlaqə saxlamaq olar. İflas prosesində olan “Royal Bank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC.