Bu gün keçirilən mətbuat konfrasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı problemli bankların adlarını açıqlayıb.
Fins.az-ın verdiyi məlumata görə o çıxışında bildirib ki: "Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı və Bank Standarddan başqa ölkədə bu gün problemli bank yoxdur".
Onun sözlərinə görə, bu bankların bağlanması ilə bağlı məsələ bu gün gündəmdə deyil.