30 Oktyabr

Palata qorunan əmanətlər üzrə faizin yuxarı həddinə baxa bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası manatla qorunan əmanətlər üzrə faizin yuxarı həddinə baxmağa hazırdır.
Qeyd edək ki, 2016-cı il martın 1-dən etibarən banklara qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3, milli valyutada isə 12 faizdən yuxarı olarsa, bu əmanətlər sığortalanıb kompensasiya edilməyəcək.
Hazırda bir neçə bank depozitlər üzrə bundan yüksək faiz dərəcələri təklif edirlər.