Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 25-də keçirəcəyi növbəti depozit hərracında 50 mln. manat cəlb etməyi nəzərdə tutur.
Fins.az-ın "İnterfax-Azərbaycan"a istinadən məlumatına görə, “Mərkəzi Bank iyulun 25-də keçirəcəyi beşinci depozit hərracında 28 gün müddətinə 50 mln. manat vəsait cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 4,01%-6,99% təşkil edir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-iyul aylarında keçirilmiş 4 hərracda bank 1 ay müddətinə 261 mln. manat cəlb edib.