30 Oktyabr

Bağlanan 4 bankın ləğvedicisi - MƏLUM OLDU

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyalarını geri çağırdığı dörd bankın ləğvedicisi təyin edilib.

Bu barədə Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Məhkəmənin qərarı ilə bu gündən ADIF "Zaminbank", "Dekabank", "Kredobank" və "Parabank"ın ləğvedicisi təyin edilib: "İlk növbədə bu banklarda aktivlərin qiymətləndirilməsi aparılacaq".