Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının nəticələrini açıqlayıb. AMB-nin məlumatına görə, depozit hərracında tələb 50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil edib.