30 Oktyabr

Bu bank hesabatını - AÇIQLADI

Bu ilin ikinci rübünün hesabatlarına əsasən, Azər-Türk Bankın xalis mənfəəti 8,900,960 AZN təşkil edib. Bankın cəmi aktivlər ikinci rübdə 880,864,285 AZN-ə düşüb. Halbu ki, bu ilin birinci rübünün nəticələrinə görə bankın aktivləri 1,233,745 min AZN təşkil edirdi. Hesablama aparsaq azalma təxminən 28% - 352 milyon AZN təşkil edir. Cari hesabat dövründə Azər-Türk Bankın müştəri hesabları 725,041,158 AZN, cəmi öhdəliklər isə 99,052,778 AZN olub.
Bank stabil olaraq minimum nizamnamə tələbini ödəyərək, 50 milyon AZN-lik nizamnamə kapitalına malikdir. Statistkaya əsasən, əldə edilmiş mənfəətin məbləği 6,209,367, faiz gəlirləri 10,990,391, qeyri-faiz gəliri isə 14,645,039 AZN olub. Bankın toplam kapitalı isə 56,209,367 AZN səviyyəsində qeydə alınıb.
Xatırladaq ki, "Bank Standart"ın sağlamlaşdırılması üçün tədbirlər Azər-Türk Banka həvalə olunub.