Bağlanan banklarda əmanətləri dollarla olan vətəndaşlara kompensasiyalar dolların iyulun 25-ə olan kursuna uyğun ödəniləcək. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”da sığorta hadisəsi iyulun 25-də baş verib:
“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq məzənnə sığorta hadisəsinin baş verdiyi günün kursuna uyğun hesablanmalıdır. Adıçəkilən banklarda da bu belə olacaq. Əmanətlər iyulun 25-nə olan məzənnə ilə hesablanıb kompensasiya ediləcək”
A.Cavadov əlavə edib ki, bağlanan banklarda multivalyutada olan əmanətlər manala qaytarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının iyulun 21-də verdiyi qərarla “Parabank”, “Dekabank”, “Kredobank”, “Zaminbank”ın lisenziyaları ləğv edilib. Həmin bankıarın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.