30 Oktyabr

Bağlanan bankların işçilərinin nəzərinə - MAAŞLARINI HARADAN ALACAQLAR

Lisenziyası ləğv edilən “Zaminbank”, “Dekabank”, “Parabank”, “Kredobank”da işləyənlərin aylıq müavinət və məzuniyyət pullarını Əmanətlərin Sığortalanması Fondu (ADİF) ödəyəcək. Fondun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, ödənişlərin verilməsində heç bir problem olmayacaq.

“Bir qədər əvvəl bağlanan “Texnikabank” əməkdaşlarının aylıq müavinətini öhdəlikləri ləğvediciyə ötürmədən öncə özbaşına verməyə başlamışdı. Bu isə qanunvericiliyə ziddir. Bizim ləğvedicisi olduğumuz banklarda belə problem olmayacaq”. Xatırladaq ki, qanunvericiliyə əsasən, bağlanan banklarda işləyən əməkdaşların aylıq müavinət pulları ləğvedici qurum tərəfindən ödənilməlidir. Buna görə ADİF bu vəzifəni öz üzərinə götürüb.