Maliyyə Bazarlarına Nəzarət Palatası «Unibank» kommersiya bankı ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib. Xatırladaq ki, son günlər müxtəlif mənbələr bankın vəziyyətinin gərgin olduğunu və yaxın günlərdə bağlanacağını bildiriblər.
MBNP-nin Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar əsassızdır: «Unibank"ın bağlanması ilə bağlı xəbərlər əsassızdır. Bankın maliyyə durumu qənaətbəxşdir. Ümumiyyətlə, hazırda heç bir bankın lisenziyasının ləğvi gündəlikdə deyil».