Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasına (HŞ) sədr təyin edilib. Bu barədə fins.az ADİF-in saytına istinadən xəbər verir.
Himayəçilik Şurasının üzvləri isə bunlardır:
Asim Zülfüqarov
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatısının Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən
Şaiq Adıgözəlov - Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru
Yalçın Əzizov - İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri
Ziyəddin Allahverdiyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri
Elmar Məmmədov - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri
Cəlal Qasımov - “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri