30 Oktyabr

Mərkəzi Bank banklardan 50 milyon manat alacaq – DEPOZİT HƏRRACI

Avqustun 1-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-6,99 faiz təşkil edir.