30 Oktyabr

Azərbaycanın ən populyar bankları - REYTİNQ

“Media Consulting and Services” media monitorinq qrupu bu ilin iyul ayı ərzində aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların hesabatına yekun vurub.

Şirkətdən fins.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Mediada ən çox adı hallanan bank yenə də Azərbaycan Beynəlxalq Bankı olub. Sonrakı yerləri “Parabank”, “Zaminbank”, "Dekabank" və "Kredobank" tutur. İyulun 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin bankların bağlanması barədə açıqlamasından sonra mediada ən çox onların adları hallanıb.