İyun ayında Azərbaycan banklarındakı əmanətlərin həcmi artıb. Fins.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun 2016-cı ilin ilk yarım ilinin yekunları üzrə hesabatında deyilir. Fondun yaydığı məlumata görə, 6 ayın yekunlarına əsasən fiziki şəxslərin banklardakı cəmi əmanətləri 7 761 mln. manat təşkil edib. Bu may ayının yekunları ilə müqayisədə 195 milyon manat artıqdır.
Bununla yanaşı, qeyd edək ki, iyul ayında Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 4 bankın - «Zaminbank», «Parabank», «Dekabank» və «Kredobank»ın lisenziyaları ləğv edilib. Bun banklarda ümumilikdə 187 milyon manat əmanət var idi.