Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı kommersiya banklarının rəhbərləri ilə görüşəcək.
Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, görüşü Azərbaycan Banklar Assosiasiyası (ABA) təşkil edir. Artıq bu barədə bankların rəhbərlərinə məktub göndərilib.
Avqustun 17-də keçiriləcək görüşdə bank sektorunda mövcud vəziyyət və problemlərdən çıxış yolları müzakirə ediləcək.
Palata Sədrinin müşaviri Rüfət Abbasov da məlumatı təsdiqləyib.