İyun ayında iqtisadiyyata kredit qoyuluşu 33,8 milyon manat azalıb. Mərkəzi Bankdan (MB) fins.az-a verilən məlumata görə, iyunda iqtisadi layihələrə 17 268,5 milyon manat kredit qoyulub. MB-dən bildirilib ki, 2016-cı ilin may ayında kredit qoyuluşu 17 302,3 milyon manat olub.