30 phrase_var_core.october

Dövlət büdcəsi kəsirlə icra olunub

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 7007,5 milyon manat vəsait daxil olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcədən 8 mlrd. 193,5 mln. manat vəsait xərclənib.

Büdcənin icrasında yaranmış 1 mlrd. 186 milyon manatlıq kəsir ümumi daxili məhsulun 3,7%-i səviyyəsində olub.