2016-cı ilin I yarısının sonuna olan məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcdan 4,4 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin I yarısı üzrə pul siyasəti icmalında deyilir.
“2016-cı il iyun ayının sonuna olan məlumata görə, $38,3 mlrd. həcmində strateji valyuta ehtiyatları respublikaya 32 ay ərzində mal və xidmət idxalını ödəməyə imkan verir. Ümumilikdə valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcunu 4,4 dəfə ötür”, - deyə hesabatda vurğulanır.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
1 yanvar 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları təxminən $39 mlrd. təşkil edib.