30 phrase_var_core.october

500 milyon insan "neqativ faiz"in əhatəsindədir

SP beynəlxalq reytinq agentliyinin son açıqlamarına görə, təxminən 500 milyon insan mərkəz banklarının mənfi faiz tətbiq etdikləri ölkələrdə yaşayır. SP-nin hesablamaları göstərir ki, dünyadakı ümumi gəlirin yüzdə 25-i mənfi faiz dərəcələrinin təsir sahəsinə düşür.

Hesabatdakı qiymətləndirmələrə görə, Avropadakı mənfi faiz tətbiqi bankların kredit verməsini təşviq edir, həm də ölkələrdə iqtisadi inkişafı əngəlləyən bir xarakter alıb. Həmçinin hesabatda, Brexit-in Avropadakı mənfi faiz tətbiqi üçün risk yaratdığı, geriləyən sterlinqin, avronun dəyərdən düşməsi müddətini uzatması ehtimalı səsləndirilir.