30 phrase_var_core.october

Mərkəzi Bank manat tələbini aşağı saldı

Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən verilən məlumata görə, avqustun 22-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil edib.

Mənbə: APA