“Muğanbank” cari ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Məlum olub ki, hesabat dövründə bankın mənfəəti və aktivləri azalıb. Əvəzində vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi birinci rüblə müqayisədə 4.25 faiz artıb.
Vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi
İkinci rübdə bankın vaxtı keçmiş kreditlərin ümumi məbləği 46108.35 min manat olub. Bu da həmin kreditlərin kredit portfelində xüsusi çəkisinin 13.85% yüksəlməsi deməkdir. Hansı ki birinci rübündə həmin rəqəm 9.6% idi.
Bankın problemli kreditlərinə qarşı ehtiyatları da böyüyüb. Keditlər üzrə yaradılmış adi ehtiyatların məbləği 3075.5896 min manat, məqsədli ehtiyatların məbləği 15927.819 min manat təşkil edib. Kreditlər üzrə ehtiyatların yaradılması üçün bankın xərci birinci rübdə 3304.35 min manata qarşı ikinci rübdə 7 052.88 min manat olub.
Hesabat dövründə bankın iri kredit borclarının məbləği birinci rüblə müqayisədə 557276 min manat azalıb. Nəticədə bankın iri kredit borcları 6183.88 min manatda qərarlaşıb.
|
I rüb 2016 |
IIrüb 2016 |
Vaxtı keçmiş kreditlərin ümumi məbləği, min manatla |
33023.48 |
46108.35 |
Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi (faizlə) |
9,6% |
13,85% |
Kreditlər üzrə yaradılmış adi ehtiyatların məbləği |
3127.9905 |
3075.5896 |
Kreditlər üzrə yaradılmış məqsədli ehtiyatların məbləği |
14362.4921 |
15927.819 |
İri kredit borclarının məbləği |
11756.64 |
6183.88 |
İkinci rübdə müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği də birinci rüblə müqayisədə azalıb. Belə ki, birinci rübdə verilmiş kreditlərin və lizinqlərin həcmi 353 738 min manat, ikinci rübdə isə 344571 min manat olub. Kreditlər üzrə faiz gəlirləri artaraq 32124.55 min manat təşkil edib. Bankın istifadə olunmamış kredit xəttləri və kredit öhdəlikləri isə 20090.35 min manat olub.
Bankın mənfəəti və müştəri hesabları azalıb
“Muğanbank” 2016-cı ilin 2-ci rübünü 123.77 min manat mənfəətlə başa vurub. Halbuki birinci rübün sonunda bu rəqəm 507.36 min manat idi. Bankın məcmu kapitalı 59446.1566 min manat təşkil edib. Risk dərəcəsi üzrə ölçülmuş aktivləri 412517.9801 min manat olub. Bankın cəmi aktivləri 44 502 min manat azalaraq 512779 min manat olub. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə artıb əvəzində müştəri hesabları azalıb. Bu da dolayısı ilə depozitlərin həcminin azalması deməkdir.
BALANS |
2016 I-cı rüb |
2016 II-cı rüb |
Aktivlər |
|
|
Nağd pul vəsaitlər |
23 176 |
10867
|
AMB-yə qarşı tələblər |
106 765 |
87222
|
“Nostro” hesabları (başqa banklardakı müxbir hesabları |
1 304
|
1532 |
Müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği |
353 738 |
344571 |
Ticarət üçün qiymətli kağızlar |
|
|
Bank işində istifadə olunan əsas vasaitlər |
57 775 |
58219 |
Digər aktivlər |
14 523 |
10368 |
Cəmi aktivlər |
557 281 |
512779 |
Öhdəliklər |
|
|
Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər |
186549
|
222313 |
Müştəri hesabları |
278807 |
226166 |
Buraxılmış borc qiymətli kağızlar |
22514 |
802 |
Digər passivlər |
11207 |
5678 |
Cəmi öhdəliklər |
499 077 |
454959 |
KAPİTAL |
|
|
Adi səhmlər |
55000 |
55000 |
Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi |
1532 |
1532 |
Bölüşdürülmüş xalis mənfəət (zərər) |
1672 |
1288 |
Cəmi kapital |
58204 |
57820 |
Cəmi öhdəliklər və kapital |
557281 |
512779 |