30 phrase_var_core.october

“Muğanbank”ın mənfəəti azalıb

“Muğanbank” cari ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Məlum olub ki, hesabat dövründə bankın mənfəəti və aktivləri azalıb. Əvəzində vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi birinci rüblə müqayisədə 4.25 faiz artıb.

Vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi

İkinci rübdə bankın vaxtı keçmiş kreditlərin ümumi məbləği 46108.35 min manat olub. Bu da həmin kreditlərin kredit portfelində xüsusi çəkisinin 13.85% yüksəlməsi deməkdir. Hansı ki birinci rübündə həmin rəqəm 9.6% idi.

Bankın problemli kreditlərinə qarşı ehtiyatları da böyüyüb. Keditlər üzrə yaradılmış adi ehtiyatların məbləği 3075.5896 min manat, məqsədli ehtiyatların məbləği 15927.819 min manat təşkil edib. Kreditlər üzrə ehtiyatların yaradılması üçün bankın xərci birinci rübdə 3304.35 min manata qarşı ikinci rübdə 7 052.88 min manat olub.

Hesabat dövründə bankın iri kredit borclarının məbləği birinci rüblə müqayisədə 557276 min manat azalıb. Nəticədə bankın iri kredit borcları 6183.88 min manatda qərarlaşıb.

I rüb 2016

IIrüb 2016

Vaxtı keçmiş kreditlərin ümumi məbləği, min manatla

33023.48

46108.35

Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi (faizlə)

9,6%

13,85%

Kreditlər üzrə yaradılmış adi ehtiyatların məbləği

3127.9905

3075.5896

Kreditlər üzrə yaradılmış məqsədli ehtiyatların məbləği

14362.4921

15927.819

İri kredit borclarının məbləği

11756.64

6183.88

İkinci rübdə müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği də birinci rüblə müqayisədə azalıb. Belə ki, birinci rübdə verilmiş kreditlərin və lizinqlərin həcmi 353 738 min manat, ikinci rübdə isə 344571 min manat olub. Kreditlər üzrə faiz gəlirləri artaraq 32124.55 min manat təşkil edib. Bankın istifadə olunmamış kredit xəttləri və kredit öhdəlikləri isə 20090.35 min manat olub.

Bankın mənfəəti və müştəri hesabları azalıb

“Muğanbank” 2016-cı ilin 2-ci rübünü 123.77 min manat mənfəətlə başa vurub. Halbuki birinci rübün sonunda bu rəqəm 507.36 min manat idi. Bankın məcmu kapitalı 59446.1566 min manat təşkil edib. Risk dərəcəsi üzrə ölçülmuş aktivləri 412517.9801 min manat olub. Bankın cəmi aktivləri 44 502 min manat azalaraq 512779 min manat olub. Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər isə artıb əvəzində müştəri hesabları azalıb. Bu da dolayısı ilə depozitlərin həcminin azalması deməkdir.

BALANS

2016

I-cı rüb

2016

II-cı rüb

Aktivlər

Nağd pul vəsaitlər

23 176

10867

AMB-yə qarşı tələblər

106 765

87222

“Nostro” hesabları (başqa banklardakı müxbir hesabları

1 304

1532

Müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği

353 738

344571

Ticarət üçün qiymətli kağızlar

Bank işində istifadə olunan əsas vasaitlər

57 775

58219

Digər aktivlər

14 523

10368

Cəmi aktivlər

557 281

512779

Öhdəliklər

Banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər

186549

222313

Müştəri hesabları

278807

226166

Buraxılmış borc qiymətli kağızlar

22514

802

Digər passivlər

11207

5678

Cəmi öhdəliklər

499 077

454959

KAPİTAL

Adi səhmlər

55000

55000

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi

1532

1532

Bölüşdürülmüş xalis mənfəət (zərər)

1672

1288

Cəmi kapital

58204

57820

Cəmi öhdəliklər və kapital

557281

512779