Dünyanın ən böyük iri bankları - UBS, Deutsche Bank, Santander, Bank of New York Mellon və ICAP, yeni rəqəmli valyutanın yaradılması üçün səqlərini birləşdirmək qərarına gəliblər. Bu barədə fins.az Financial Times-a istinadən xəbər verir.
Banklar hesab edirlər ki, yeni sistem pulun köçürülməsini gözləmədən onlara qiymətli kağızlar üzrə hesablaşma aparmağa imkan verəcək. Hesablaşma virtual pulla aparılacaq və sonradan mərkəzi banklarda ənənəvi pul vahidlərinə jkonvertasiya olunacaq. Kommersiya məqsədilə istifadəsi 2018-ci ildən start verilcək.