Avqustun 29-da Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-9,49 faiz təşkil edir.