Xəbər verdiyimiz kimi,“İcraçı Kredit Agentliyi” MMC-nin müflis elan edilməsi üçün məhkəməyə müraciət edilib.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti cavabdeh “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi tələbi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir.
Məhkəmə baxışı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8 ünvanında yerləşən inzibati binasında 7 sentyabr 2016-cı il tarixində keçiriləcəkdir.
KTN aqraq sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər "İcraçı Kredit Agentliyi" ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda "İcraçı Kredit Agentliyi"nin dövlətə 5,7 mln. manat borcu yaranıb və bu borcun isə məhkəmə yolu ilə alınması qərar alınıb.
Məsələyə münasibət bildirən BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov isə "Report"a bildirib ki, təmsil etdiyi qurum KTN-in iddiasını əsassız sayır. Onun sözlərinə görə, Dövlət Xidmətinə "İcraçı Kredit Agentliyi" deyil, kredit ittifaqları borcludur. BOKT isə bu məsələdə sadəcə vasitəçi olub: ə
"Bizimlə Dövlət Xidməti arasında agent müqaviləsi imzalanıb. Yəni, o vəsaiti alıb kredit ittifaqlarına vermişik və ödənişləri də gecikdirən onlardır. Dövlətə borcumuz yoxdur. Müflislik məsələsi "İcraçı Kredit Agentliyi"nə şamil edilə bilməz. Yalnız həmin kredit ittifaqları müflis elan edilə bilər".
manatla |
Yenidən bəyan edilmiş |
Yenidən bəyan edilmiş |
||
|
Qeyd |
31 dekabr 2015-ci il |
31 dekabr 2014-cü il |
31 dekabr 2013-cü il |
Aktivlər |
|
|
|
|
Pul vəsaitləri və onların ekvivalentləri |
7 |
35 797 |
8 124 |
265 323 |
Müştərilərə verilmiş kreditlər və avanslar |
8 |
2 361 076 |
2 714 329 |
2 562 280 |
Əmlak, avadanlıqlar və qeyri-maddi aktivlər |
9 |
36 017 |
60 346 |
85 901 |
Təxirə salınmış vergi aktivi |
20 |
6 442 |
18 000 |
17 717 |
Digər aktivlər |
11 |
55 876 |
72 082 |
3 285 |
Cəmi aktivlər |
|
2 495 208 |
2 872 881 |
2 934 506 |
ÖHDƏLİKLƏR |
|
|
|
|
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ödəniləcək vəsaitlər |
12 |
- |
- |
- |
Mənfəət vergisi öhdəliyi |
20 |
20 750 |
- |
- |
Digər öhdəliklər |
13 |
163 525 |
711 465 |
919 674 |
Cəmi öhdəliklər |
|
184 275 |
711 465 |
919 674 |
KAPİTAL |
|
|
|
|
Nizamnamə kapitalı |
14 |
108 911 |
111 013 |
111 013 |
Kapital ehtiyatları |
15 |
101 800 |
101 800 |
101 800 |
Bölüşdürülməmiş mənfəət |
|
2 100 222 |
1 948 603 |
1 802 019 |
Cəmi kapital |
|
2 310 933 |
2 161 416 |
2 014 832 |
Cəmi öhdəliklər və kapital |
|
2 495 208 |
2 872 881 |
2 934 506 |
Mənbə: Marja