30 iyun 2016-cı il tarixinə «AtaBank»ın Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 10 mln. manat həcmində qiymətləndirilir. Fins.az xəbər verir ki, bu barədə kommersiya bankından məlumat verilib.
"İyunun 30-na bankın AMB qarşısında öhdəlikləri 10 mln. manat təşkil edir", - deyə məlumatda bildirilir.
Bununla belə, “AtaBank” vəsaitlərin hansı müddətə və nə məqsədlə cəlb olunması barədə açıqlama verməyib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir. “AtaBank” Azərbaycanın 10 aparıcı bankından biridir