30 Oktyabr

"Parabank"ın daha bir əməkdaşı "Nikoil Bank"a keçdi

Ləğv olunmuş "Parabank" ASC-nin əməkdaşlarının digər banklara transferi davam edir. Fins.az bildirir ki, bankın "hüquq Şöbəsi"nin Firudin Hüseynbəyli Nikoil Bank" ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri təyin edilib. F.Hüseynbəyli Nikoil Bankda eyni vəzifəni icra etmiş Ayxan Rüstəmzadəni əvəzləyib.

F.Hüseynbəyli Fins.az-a bildirib ki, bankla müqavilə əsasında işləyəcək və hüquqi kontekstdə məsləhətçi funksiyasını icra edəcək. Qeyd edək ki, bu, son bir ayda "Parabank"dan "Nikoil Bank"a sayca 3-cü transferdir.