Maliyyə bazarlarlarının ciddi rəqabət şəraitində fəaliyyət göstərdiyi dövrdə mobil bankçılıq hər bir bank üçün vacibdir. Düzdür, hazırda yerli banklar onlayn xidmətlər sahəsində başlanğıc mərhələsindədirlər. Bunun bir səbəbi bankların innovasiyalara gec adaptasiya olmasıdırsa, digər səbəbi əhalinin əksər hissəsinin məlumatsızlığıdır. Halbuki, mobil ödənişlər bazarının vəziyyəti barədə dünyanın müxtəlif ölkələrində keçirilən sorğular göstərir ki, respondentlərin 70%-ə yaxını bank əməliyyatlarını mobil telefon vasitəsi ilə reallaşdırır.
Fins.az mobil bançılıq nədir və onun üstünlüklərini təqdim edir.
Əvvəla mobil bank xidməti müştəriyə nə verir ona aydınlıq gətirək. Qeyd edək ki, mobil bank müştəriyə bankın bütün xidmət paketindən istənilən vaxt və dünyanın istənilən yerində rahat şəkildə istifadə imkanı yaradır. Azərbaycanda mobil bank xidməti üzərində isə son 2-3 ildə işlənilir. Mərkəzi Bankın ötən ilə olan məlumatına görə, ölkədə 15 bank mobil bank xidməti həyata keçirir. Onların xidmət növlərinə daxildir:
SMS bankçılıq - Bank və müştəri arasında qarşılıqlı əlaqə SMS xəbərdarlıq əsasında həyata keçirilir. SMS xəbərdarlıq aktiv və passiv formada həyata keçirilir. Passiv formada sadəcə məlumat xidməti həyata keçirilir. Aktiv formada isə SMS əsasında müştəri müxtəlif əməliyyatları həyata keçirir.
SİM-applet -Bu mobil telefonun SİM kartına yazılan əlavədir.
Midlet JAVA-ya yazılan bu əlavə mobil telefonun yaddaşında qalaraq istifadə edilir. Bu texnologiya SİM kartın istifadəsindən asılı deyildir.
WAP-sayt Bu mobil telefonun ekrranında əks olunmaq üçün xüsusi formada uyğunlaşdırılmış internet saytdır. Buna baxış telefonun quraşdırılmış brauzeri vasitəsi ilə həyata keçirilir.
Mobil bankçılıq vasitəsi ilə həyata keçirilən əməliyyatlar aşağıdakılardır:
SMS-xəbərdarlıq
Kart hesabı üzrə həyata keçirilən əməliyyatlar, məsələn hesabdan pul vəsaitinin silinməsi və ya hesaba pul vəsaitinin daxil edilməsi, hesaba hesab üzrə hesablanmış faizlərin daxil edilməsi, kredit öhdəlikləri və s. haqqında məlumatın əldə edilməsi;
Banka sorğular
Bank hesabı haqqında balansın öyrənilməsi, kartın istifadə müddətinin bitməsi halında yeni kartın buraxılışı haqqında sifariş, ödəniş kartının bloklaşdırılması və ya blokdan çıxarılması, bankın təklif etdiyi məhsul və xidmətlər, valyuta məzənnələri və s. haqqında məlumatın əldə edilməsi məqsədi ilə sorğuların göndərilməsi;
Ödənişlər
Mobil bankçılıq vasitəsilə aşağıdakı ödəniş xidmətləri həyata keçirilə bilər. Bu xidmət vasitəsi ilə aşağıdakı bu və digər ödənişlər həyata keçirilə bilər:
kart hesabına pul vəsaitinin mədaxil edilməsi üzrə;
kommunal xidmət haqları üzrə;
mobil operatorlar üzrə;
digər kart hesabına pul vəsaitinin köçürülməsi üzrə;
kütləvi xidmət operatorlarının (kabel televiziyası, internet provayder və s.) xidmətləri üzrə.
Mobil bankçılıq xidmətinin üstünlükləri
Mobil bankların həm müştəri, həm də bank üçün müsbət tərəfi, faydaları var. Bu xidmətin üstünlükləri bankın təklif etdiyi xidmətlərdən onun filial və şöbələrinə yaxınlaşmadan daha rahat formada istifadədir. Yəni vətəndaş bank xidmətlərindən zaman və yol pulu xərcləmədən istifadə edir.Bundan əlavə xidmət həyata keçirilən əməliyyatlar haqqında operativ məlumatın əldə edir, fırıldaqçılıq əməliyyatları zamanı ödəniş kartını bloklaşdırmaq və emitenti vaxtında məlumatlandırmaq imkanı yaradır. Müştəri hesab üzrə balansı nəzarətdə saxlayır, əməliyyat qısa müddət ərzində həyata keçirilir.
Ölkədə mobil bankçılıq xidməti göstərən bankların təklif etdikləri xidmətlər
Bankın adı |
Təklif olunan xidmətlər |
“Azərbaycan Beynəlxalq Bankı” ASC |
SMS xəbərdarlıq xidməti, hesab üzrə balansın yoxlanılması, elektrik enerjisi haqlarının ödənişi, Azercell mobil operator üzrə xidmət haqlarının ödənişi, əməliyyatlar haqqında sms-bildirişin alınması. |
“Ata Bank” ASC |
SMS xəbərdarlıq xidməti, hesab qalığı haqqında və vəsaitlərin hərəkəti haqqında məlumatın əldə edilməsi. |
“Unibank” KB ASC |
Unibankdakı bir kartından digər kartına və ya hesabına pul köçürməsi, kartın bloklanması və blokdan açılması, yeni kart sifarişi, kredit, kommunal, internet ödənişləri, ailə üzvününün bankdakı kreditini ödəmək, aylıq ödənişlərlin avtomatik ödənilməsi ilə bağlı şablon yaratmaq, əmanət hesablarına nəzarət, depozit hesabı açmaq,əmanət təminatlı kredit sifarişi, filial, ödəmə terminalı və bankomatların yerləşmə xəritəsi, gündəlik valyuta kursları, bank yenilikləri və kampaniyaları öyrənmək. SMS xəbərdarlıq xidməti - hesabdakı pul vəsaiti qalığı, hesablar üzrə hərəkət, valyuta məzənnələri və digər məlumatlar |
“Bank Respublika” ASC |
SMS məlumatın əldə edilməsi - çıxarışın əldə edilməsi, elektrik enerjisinin haqlarının ödənişi, Azercell mobil şəbəkəsinin istifadəsi haqlarının ödənişi. |
“Azəriqazbank” ASC |
SMS xəbərdarlıq xidməti, hesab üzrə balans haqqında məlumat, hesabdan çıxarış, hesabdakı dəyişikliklər haqqında məlumat, SMS bildiriş, elektrik enerjisi haqlarının ödənişi, Azercell mobil operator üzrə xidmət haqlarının ödənişi |
“Amrahbank” ASC |
SMS xəbərdarlıq xidməti - hesab üzrə balans haqqında məlumat, əmək haqqının ödənilməsi, pul köçürülməsi və digər kart əməliyyatları haqqında məlumat. |
“Dəmirbank” ASC |
SMS bankçılıq - bank xidmətləri və hesab üzrə balans haqqında məlumat əldə etmək. |
“Bank of Baku” ASC |
SMS bankçılıq xidməti göstərir. Kartların siyahısını öyrənmək, hesab üzrə balans haqqında məlumat əldə etmək |
Xalq Bank” ASC |
SMS bankinq, hesab üzrə balans haqqında məlumat, və digər məlumatlar. |
“Bank Standart” QSC |
SMS xəbərdarlıq xidməti, “Card to card” xidməti, telefon xidmətləri, kommunal xidmətlər, internet haqlarının ödənişi, hesab üzrə məlumat, çıxarış, turizm agentliyinin xidmətləri üzrə ödənişlər. |
“Kapital Bank” |
Əməliyyatlar üzrə hesabdan çıxarışların alınması,online rejimində hesabın qalığının öyrənilməsi, kommunal xidmətlər üzrə borcların ödənilməsi, mobil operator üzrə danışıq haqlarının ödənilməsi, istifadə müddəti 6 ay olan Visa Virtual kartın buraxılması, kart hesabları arasında köçürmələrin aparılması (Card to Card),Ödəniş kartı olmayan şəxslərə vəsaitin göndərilməsi (Cash bu Code) ödəniş kartının müvəqqəti bloklaşdırılması və s.
|