"Kapitalbank"ın fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı açıqlanıb. Fins.az Bankın 2016-cı ilin ikinci rübü üzrə hesabatına istinadən xəbər verir ki, səhmdarların sırasında 180 fiziki, 1 hüquqi şəxs var. Fiziki şəxslərin səhmlərinin ümumi sayı isə 19 837-dir.
Həmçinin 14 980 163 səhm isə səhmdarların sırasında bir hüquqi şəxs olan "PAŞA Holding"ə məxsusdur. Emitentlərin nizamnamə kapitalında payına gəlincə, "PAŞA Holding" 99,86%, fiziki şəxslər isə 0,13% paya malikdirlər.