Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Azərbaycan Beynəlxalq Bankı” və “Unibank”dan gedir. Banklardan fins.az-a verilən məlumata görə, bank rəhbərliyinin qərarına əsasən səhər saatlarından etibarən dollar satışı dayanıb.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” sentyabr ayının 1-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı. “Unibank” isə ötən gün 100 dollar limitlə satış edib. Fins.az-ın məlumatına görə, bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 25-ə çatıb. Digər bankların da dollar satdığını demək olmaz, çünki “indi yoxdur, axşam olacaq”, ya da “səhər vardı, satıb qutardıq”, deyə müştəriləri aldatmaq adi etik normaya çevrilib.
№ |
Kommersiya bankının adı |
1 |
“AFB Bank” |
2 |
“AGBank” |
3 |
“Atabank” |
4 |
“Azərbaycan Beynəlxalq Bankı” |
5 |
“Bank Avrasiya” |
6 |
“Bank of Baku” |
7 |
“Bank BTB” |
8 |
“Bank Respublika” |
9 |
“Bank Silk Vey” |
10 |
“Bank Standard” |
11 |
“Bank VTB (Azərbaycan)” |
12 |
“Dəmirbank” |
13 |
“Günaybank” |
14 |
“Kapital Bank” |
15 |
“Xalq Bank” |
16 |
İran Milli Bankının Bakı filialı |
17 |
“Muğanbank” |
18 |
“Naxçıvanbank” |
19 |
“NBC Bank” |
20 |
“Nikoyl Bank” |
21 |
Pakistan Milli Bankının Bakı filial |
22 |
“PAŞA Bank” |
23 |
“Rabitəbank” |
24 |
“Unibank” |
25 |
“Yapı Kredi Bank (Azərbaycan)” |
26 |
“Zıraat Bank (Azərbaycan)” |