Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə Mərkəzi Bankın (AMB) təşkil etdiyi valyuta hərraclarında xarici valyuta satışını 12,3% artırıb.
İyun ayında ARDNF banklara may ayında $431,4 mln.-a qarşı $450 mln. ümumi məbləğdə xarici valyuta satıb.
Avqust ayında ARDNF banklara iyul ayında $450 mln.-a qarşı $394,5 mln. ümumi məbləğdə xarici valyuta satıb.
Avqustda ARDNF 9 hərracda iştirak edib, orta günlük satış həcmi $43,83 mln. təşkil edib. Fond iyulda 8 hərracda iştirak edib, orta günlük satış həcmi $56,25 mln. təşkil edib.
Avqustda, iyul ayında olduğu kimi, ARDNF valyutanı yalnız kommersiya banklarına satıb.
Agentliyin hesablamalarına əsasən, ümumilikdə yanvar-avqust aylarında ARDNF $3 mlrd. 281,4 mln. ümumi məbləğdə xarici valyuta satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəsi qismində çıxış edir.
Mənbə: İnterfaks