30 Oktyabr

Rubl manata qarşı yüksəlməkdə davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 2-si ilə müqayisədə dəyişməyərək 1,6362 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,25% zəifləyərək 1,8281 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,2% bahalaşaraq 0,0251 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,62% möhkəmlənərək 0,5552 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1799 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,1% artaraq 0,7153 manat təşkil edib.