Azərbaycan Sənaye Bankının sədr müavini Ramin Kərimov tutduğu vəzifədən azad olunub. Bankdan fins.az-a verilən məlumata görə, R.Kərimov öz şəxsi istəyi ilə işdən çıxıb.
Qeyd edək ki, o, 2008-ci ildən ASB-də çalışırdı və 2013-cü il 1 iyul tarixindən sədr müavini vəzifəsini icra edirdi. Hələ ki, R.Kərimovun yerinə bankda yeni təyinat olmayıb.